Mourinyodan yeni biznes - "Şüşəni mən yaratdım"

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo futbol dünyasındakı uğurlarının ardından indi də şərab istehsalı işinə başlayıb.
90plus.az xəbər verir ki, Portoda xüsusi olaraq istehsal olunan şərab markasının təqdimatını edən Mourinyonun bu yeni təşəbbüsü, tərəfdarları və pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.
"SPECIAL ONE" Portuqaliyalı baş məşqçi, öz şərab markası olan "The Special One" (Özəl biri) ilə bağlı detalları sosial media hesabından paylaşdı. Mourinyo "Instagram" hesabında paylaşdığı videoda layihəni belə təqdim etdi:
"Uğurlarım, işim və əzmkarlığım hər şeyi izah edir. Və budur bu 'Special One'. Bu şərab, doğulduğum torpaqların ruhunu və həyatdan zövq alma ehtirasını əks etdirir. Ehtiras və diqqətlə yaradıldı; bu, xüsusi bir insanın başqa bir xüsusi insana verdiyi hədiyyədir. Mən heç vaxt şüşənin bir hissəsi olmamışam, mən şüşəni yaratdım."
PORTONUN RUHU "THE SPECIAL ONE"DA
Mourinyo şərabın istehsal prosesi haqqında da məlumat verdi:
"Portuqaliyanın ən sevdiyim bölgələrindən biri olan Dourodan xüsusi olaraq seçildi. Bayramlarda və ya sevdiklərinizlə keçirdiyiniz anlarda, bu şərab, həqiqətən xüsusi birisi ilə paylaşmanız üçün istehsal edildi."
ŞARABIN QİYMƏTİ VƏ ÖZƏLLİKLƏRİ
"The Special One" markalı şərab, Portuqaliyanın dünyaca məşhur Douro bölgəsində istehsal olunur və şüşə başına 120 avro qiymətə satışa çıxarılır. Mourinyo bu şərabın yalnız bir içki deyil, həm də həyatın mənasını və paylaşmanın dəyərini təmsil etdiyini vurğuladı.
Mourinyonun reklam videosu:
https://t.me/doxsanplus/96465
© Copyright 2025, All Rights Reserved