“Mövsümün Qapıçısı” “Roma”lıdır!

Mile Svilar A Seriyasında “Mövsümün Qapıçısı” seçildi!
90plus.az xəbər verir ki, “Roma” klubunun 25 yaşlı qapıçısı Mile Svilar İtaliya A Seriyasının 2024/25 mövsümündə rəsmi olaraq “Mövsümün Qapıçısı” adına layiq görülüb.
Gənc belçikalı bu mövsüm yüksək performans sərgiləyərək komandasına önəmli xallar qazandırıb. Svilar “Roma”nın heyətində 16 quru oyun keçirməklə bu göstərici üzrə Aleks Meretlə ("Napoli") birgə mövsümün ən yaxşı nəticəsinə imza atıb.
Qeyd: Sviların bu uğuru “Roma”nın mövsüm ərzində Avropa və yerli liqalarda sabit çıxışı ilə də üst-üstə düşür. Gənc qolkiperin A Seriyada göstərdiyi inamlı oyun azarkeşlər və futbol ekspertləri tərəfindən də yüksək qiymətləndirilib.
© Copyright 2025, All Rights Reserved