Mərakeş “Ərəb Kuboku 2025”i qazandı
Mərakeş Ərəb Kuboku–2025-in qalibi oldu – dramatik finalda İordaniya məğlub edildi.
90plus.az xəbər verir ki, Qətərdə keçirilən Ərəb Kuboku–2025 turniri möhtəşəm final oyunu ilə başa çatdı. Həlledici qarşılaşmada İordaniya və Mərakeş milli komandaları üz-üzə gəldi. Bolqollu və dramatik matçda qələbəni əlavə vaxtda vurulan həlledici qolla Mərakeş qazandı – 3:2.
Finala gedən yolda Mərakeş yığması 1/4 finalda Suriyanı minimal hesabla üstələdi, yarımfinalda isə BƏƏ üzərində inamlı qələbə qazandı.
İordaniya isə 1/4 finalda İraqı çətinliklə məğlub etmiş, yarımfinalda isə Səudiyyə Ərəbistanını turnirdən kənarlaşdırmışdl
ℹ️ Bu qələbə ilə Mərakeş yığması Ərəb Kubokunu ikinci dəfə qazandı. “Atlas Şirləri” ilk titulunu 2012-ci ildə Səudiyyə Ərəbistanında əldə etmişdi. Komanda turniri məğlubiyyətsiz başa vurdu: 5 qələbə, 1 heç-heçə.
© Copyright 2025, All Rights Reserved