Mərakeş U-20 Dünya Çempionatının qalibi oldu

Çilidə keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatında böyük sensasiya yaşanıb.
90plus.az xəbər verir ki, final qarşılaşmasında Mərakeş yığması Argentinanı 2:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionu olub. Afrika təmsilçisinin hər iki qoluna 20 yaşlı hücumçu Yassir Zabiri imza atıb.
Bu nəticə ilə Mərakeş 42 ildən sonra U-20 mundialının finalında Argentinanı məğlub edən ilk komanda kimi tarixə düşüb.
Turnirin bürünc medalını isə Kolumbiya qazanıb — onlar Fransa üzərində 1:0 hesablı qələbə əldə ediblər.
Qeyd: Növbəti — 2027 U-20 Dünya Çempionatı Azərbaycan və Özbəkistanın birgə ev sahibliyində keçiriləcək
© Copyright 2025, All Rights Reserved