Mərc qalmaqalında “Fənər” oyunçusunun yazışmaları tapıldı
Türkiyə futbolunda mərc qalmaqalı: bir neçə məşhur şəxs həbs olundu.
90plus.az xəbər verir ki, Türkiyə futbolunda mərc qalmaqalı ilə bağlı səs-küylü həbs xəbərləri gəlib. Mərc istintaqı çərçivəsində “Qalatasaray” futbolçusu Metehan Baltacı, “Konyaspor” futbolçusu Alassan Ndau və “Adana Demirspor”un sabiq prezidenti Murat Sancak həbs edilib.
Bundan başqa, “Fənərbağça” futbolçusu Mert Hakan Yandaş da istintaq çərçivəsində həbs olunub.
Mert Hakan Yandaş qalmaqalı
İstintaqa daxil edilən materiallara Yandaşın Ersen Dikmen ilə “WhatsApp” yazışmaları da əlavə olunub. Yazışmalarda Yandaşın 5 min lirə istədiyi və bu pulu mərc üçün istifadə etdiyini etiraf etdiyi görünür:
Yazışmalarda həmçinin Yandaşın “Söhbətləri sil abi” deyərək mesajların silinməsini istədiyi və Dikmenin “Silirəm” cavabını verdiyi də qeyd olunub.
İstintaq hələ davam edir və Türkiyə futbolunda qalmaqal geniş rezonans doğurub.
🗞 Mənbələr: Ceylan Sever / HT
© Copyright 2025, All Rights Reserved