Əfsanəvi Cordonun oğlu həbs olundu!

NBA-nın altıqat çempionu və ikiqat Olimpiya qalibi Maykl Cordanın oğlu Markus Cordan Floridada həbs edilib.
90plus.az xəbər verir ki, Markus sərxoş vəziyyətdə avtomobil idarə etdiyi, kokain saxladığı və polisə müqavimət göstərdiyi üçün saxlanılıb.
Mənbə 34 yaşlı Markusun həbs olunduğu anın fotosunu da yayımlayıb.
Qeyd: Maykl Cordan NBA tarixinin ən böyük basketbolçularından biri hesab olunur. O, iki dəfə Olimpiya çempionu olub və altı dəfə NBA çempionluğunu qazanıb. Əfsanəvi idmançı karyerasının böyük hissəsini "Çikaqo Bullz" klubunda keçirib.
© Copyright 2025, All Rights Reserved