Məşhur Fransa klubu Elvini istəyir
“Sent-Etyen” Elvin Cəfərquliyevi transfer etmək istəyir.
90plus.az xəbər verir ki, Fransanın tanınmış klublarından olan “Sent-Etyen” “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlanır. Bu barədə butfootballclub.fr nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, Fransa təmsilçisi 25 yaşlı futbolçunu artıq bu qış transfer etmək üçün “Qarabağ”la danışıqlara başlayıb. Mənbənin yazdığına görə, Cəfərquliyev son illər Ağdam klubunun əldə etdiyi uğurlarda mühüm pay sahibi olub və xüsusilə Avropa turnirlərindəki çıxışları ilə skautların diqqətini cəlb edib.
Qeyd olunur ki, Elvin Cəfərquliyev 2025-ci ildə Azərbaycanda ilin ən yaxşı futbolçusu seçilib və cari mövsümdə sabit performansı ilə seçilir. “Sent-Etyen”in son illərdə gənc və perspektivli oyunçulara üstünlük verdiyi, Cəfərquliyevin də bu strategiyaya uyğun transfer hədəfi olduğu vurğulanır.
Xatırlatma: “Sent-Etyen” hazırda Fransanın 2-ci liqasında mübarizə aparır. Klub 18 turdan sonra 31 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved