Məşhur futbolçu karyerasını bitirdi
“Barselona”nın keçmiş futbolçusu Miralem Pyaniç gələcək karyerası ilə bağlı son qərarını açıqlayıb.
90plus.az xəbər verir ki, bosniya və herseqovinalı yarımmüdafiəçi peşəkar futbolçu karyerasını başa vurub. Bu barədə “Tuttosport” nəşri xəbər yayıb.
35 yaşlı Pyaniç futbolçu kimi fəaliyyətini dayandırmaq qərarına gəlib.
Qeyd: Miralem Pyaniç karyerası boyunca “Mets”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona”, “Beşiktaş”, “Əl-Şarja” və Moskva ÇSKA-sının formasını geyinib. O, Bosniya və Herseqovina milli komandasında 115 qarşılaşmada iştirak edib.
© Copyright 2026, All Rights Reserved