Məşhur idmançı etirazlarda saxlanıldı
                            
                        
                            
                                90plus.az xəbər verir ki, bir vaxtlar Türkiyədə də çıxış etmiş serbiyalı sabiq basketbolçu Vladimir Ştimats Belqradda keçirilən etiraz aksiyalarına qatıldığı üçün polis tərəfindən saxlanılıb.
Serbiya Daxili İşlər Nazirliyinin (MUP) yaydığı məlumata görə, paytaxtda – Serbiya Parlamentinin önündə ictimai asayişi pozmaqda və iğtişaş törətməkdə ittiham olunan 37 nəfər, o cümlədən Ştimats saxlanılıb. Nazirlik həmçinin həmin aksiyalarda iştirak etdiyi iddia edilən digər şəxslərin də axtarıldığını bildirib.
Serbiya mətbuatının yazdığına əsasən, Belqrad Ali İctimai Prokurorluğunun göstərişi ilə saxlanılan Ştimatsın gün ərzində parlament binası qarşısında zorakılığa təhrik etdiyi iddia olunur.
Karyerası ərzində "Beşiktaş", "Anadolu Efes", "Türk Telekom", "Fənərbaxça" və "Banvit" klublarının formasını geyinmiş 36 yaşlı basketbolçu bir müddət Serbiya millisinin də heyətində çıxış edib.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved