Məşhur ingilis müğənni "Barselona" formasında
90plus.az xəbər verir ki,"Spotify" ilə əməkdaşlıq çərçivəsində Kataloniya klubunun bu dəfəki formalarında Ed Şiranın “Play” turnesinin loqosu yer alacaq.
Böyük qarşılaşma öncəsi isə məşhur ingilis müğənninin uşaqlıq illərinə aid maraqlı bir foto sosial şəbəkələrdə yayılıb. Şəkildə gənc Ed Şiran "Barselona"nın mavi-bordo rəngli formasını geyinib. Bu görüntü azarkeşlər arasında sual yaradıb: görəsən, Şiran "Barselona"nın azarkeşidirmi?
Cavab isə həm bəli, həm də xeyr.
Ed Şiran ömrü boyu doğma şəhərinin klubu olan "İpsviç Taun"un azarkeşi olub və hazırda klubun səhmdarlarından biridir.
Bununla belə, o, "Barselona"ya da simpatiya bəsləyir. Şiran müsahibələrindən birində 8 yaşında ilk dəfə mavi-bordo forma aldığını və bu kluba uşaqlıqdan rəğbət duyduğunu xatırladığını deyib.
© Copyright 2025, All Rights Reserved