Məşhur tennisçi Şvyontekdən ŞOK QƏRAR
Qadın tennisinin ulduzlarından İqa Şvyontek gözlənilməz qərarı ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, polşalı tennisçi 18 aydır birlikdə çalışdığı məşqçisi Vim Fisset ilə yollarını ayırdığını açıqlayıb.
Dünya reytinqində 3-cü pillədə qərarlaşan İqa Şvyontek sosial media hesabında etdiyi paylaşımda bu sözləri qeyd edib: “Məşqçim Vim Fisset ilə aylarla davam edən əməkdaşlığımızdan sonra fərqli bir yol seçmək qərarına gəldim. Bu, çətinliklər və vacib təcrübələrlə dolu intensiv bir dövr idi. Dəstəyi, təcrübəsi və birlikdə əldə etdiyimiz uğurlara görə ona minnətdaram.”
24 yaşlı tennisçi Vim Fisset ilə çalışdığı müddətdə Uimbldon, Sinsinnati Açıq və Koreya Açıq turnirlərində qalib olub.
Qeyd: İqa Şvyontek ötən həftə Mayami Açıq turnirinin ikinci mərhələsində həmyerlisi Maqda Linettə 1:2 hesabı ilə məğlub olub.
© Copyright 2026, All Rights Reserved