Türk şərhçinin şərhdə ürəyi tutdu!

TRT Spor kanalının şərhçisi Erdoğan Arıkan Türkiyə 1-ci Liqasının 20-ci həftəsində bu gün keçirilən "Ankara Keçiörengücü" - "Sakaryaspor" matçının son dəqiqələrində ürəktutması keçirib.
90plus.az xəbər verir ki, Arıkan, "Ankara Gülhane Hərbi Tibb Akademiyası" (GATA) Xəstəxanasında müalicə altına alınıb.
Reanimasiya bölməsində olduğu öyrənilən Arıkanın sağlamlıq durumu ilə bağlı açıqlama veriləcək.
Matçdan sonra başda "Ankara Keçiörengücü" və "Sakaryaspor" olmaqla, bir çox klub Arıkan üçün "keçmiş olsun" mesajı paylaşdı.
© Copyright 2025, All Rights Reserved