Məşqçi hakimi söydü, AFFA cəzalandırdı
 
                             
                         
                             
                                AFFA-nın U-11 Liqasında "World Stars FA" komandasının baş məşqçisi Çıraq Behbudov hakimi təhqir etdiyinə görə 5 oyunluq diskvalifikasiya olunub.
90plus.az xəbər verir ki, bu qərar AFFA-nın İntizam Komitəsinin keçirdiyi iclasda qəbul edilib.
Mütəxəssis ICBFA ilə "World Stars FA" komandaları arasında baş tutan oyunun 48-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılıb.
AFFA Region Liqasında baş tutan "Masallı" və "Salyan" komandalarının qarşılaşmasında isə qonaq komandanın oyunçusu Kamran Kərimov 56-cı dəqiqədə aqressiv davranış sərgilədiyinə görə qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. Bu hadisəyə görə futbolçu 4 oyunluq cəzalandırılıb.
Həmçinin Region Liqasındakı "Göyəzən" - "Veteran Tankçılar Gəncə" matçının 85-ci dəqiqəsində qonaq komandanın üzvü Hüseyn Quliyev hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan çıxarılıb və nəticədə 4 oyunluq diskvalifikasiya alıb.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved