Mudrikin başı bəladadır
2022-2023-cü illər mövsümündə "Çelsi"nin Donetsk "Şaxtyor"undan 70 milyon avroya transfer etdiyi Mixailo Mudrikin başı ciddi bəladadır.
90plus.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası ulduz futbolçuda istifadəsi qadağan olunmuş maddə müəyyən etmişdi. Ukraynalı futbolçunun B testi də müsbət çıxsa, 4 il futboldan uzaq qala bilər.
"Şaxtyor Donetsk"in baş direktoru Sergey Palkin "Givemesport"a bunları deyib:
"Mudrikin vəkilləri onun yalan detektoru testindən keçməsi üçün şərait yaradıblar və o, sınaqdan keçib. Bu, onun cinayəti qəsdən törətmədiyini sübut edəcək".
Qeyd: 24 yaşlı ulduzun günahı sübuta yetirilərsə, Ukrayna komandası "Çelsi" ilə müqaviləsinə daxil etdiyi 30 milyon avro əlavə gəlirdən məhrum olacaq. "Çelsi"nin heyətində 73 oyun keçirən Mudrik 10 qol vurub və 11 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved