"Sabah"ın gənclərdən ibarət komandasının baş məşqçisi Adino Mustedanaqiç püşkü dəyərləndirib.
90plus.az də xəbər verir ki, Xorvatiyalı mütəxəssis paytaxt klubunun UEFA Gənclər Liqasında qarşılaşacağı “Bazel”lə (İsveçrə) oyunu dəyərləndirib:
"Bazel" gənclərlə işə xüsusi önəm verən klubdur. Bu klub İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdir. Artıq bu komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik".
Qeyd: "Sabah"la "Bazel" arasındakı ilk matç oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Azərbaycanda olacaq.
© Copyright 2024, All Rights Reserved