Nainqolan buna görə atasına nifrət edir - SƏBƏB
“Roma” və Belçika millisinin sabiq yarımmüdafiəçisi, hazırda “Lokeren-Temse” klubunda oynayan Radja Nainqqolan atasına qarşı olan nifrətinin səbəbini açıqlayıb.
90plus.az xəbər verir ki, Nainqqolan "Het Huis" verilişində bunları söyləyib:
“Atam səbəbindən biz Dövlət Sosial Təminat Mərkəzində yaşamalı olduq. Bəzən qeyri-kommersiya təşkilatlarından bizə geyim və ərzaq yardımı verilirdi.
Anam daim işləyirdi, üstəlik kafedə əlavə işə də gedirdi, özünü əsirgəmirdi. Bəzən onu iki gün görmürdüm. O, hər gün yemək pulu qazanmaq üçün çalışırdı. Anam bacardığı hər şeyi edirdi ki, mən və bacım heç bir ehtiyaca düşməyək. Elə buna görə də mən atama qarşı bu qədər nifrət hissi duyuram".
© Copyright 2025, All Rights Reserved