Nainqolan: “Roberto Martinesin futboldan başı çıxmır”
Nainqolan: “Martinez futboldan başı çıxmayan zəif məşqçidir”.
90plus.az xəbər verir ki, 37 yaşlı belçikalı futbolçu Raca Nainqolan sabiq milli komanda baş məşqçisi Roberto Martinezi sərt tənqid edib.
Təcrübəli yarımmüdafiəçi “De Telegraaf”a açıqlamasında belə deyib:
“Roberto Martinez çox pis baş məşqçidir. Onun futboldan başı çıxmır. Martinezi yaxşı məşqçi adlandıran hər kəsin futboldan anlayışı yoxdur.
Yaxşı məşqçi komandaya ideya verir. Martinezin dönəmində isə Belçika millisində bu yox idi. Hər dəfə problemlə qarşılaşanda həllini De Bruyne, Azar və Lukakunun fərdi keyfiyyətlərində tapırdıq.”
Xatırlatma: Roberto Martinez 2016–2022-ci illərdə Belçika yığmasının baş məşqçisi olub və hazırda Portuqaliya millisində eyni vəzifəni icra edir.
© Copyright 2025, All Rights Reserved