“Napoli” 0:2-dən dönüb 1 xal ala bildi
“Napoli” məğlubiyyətdən qaçıb “Verona” ilə heç-heçə etdi.
90plus.az xəbər verir ki, A Seriyasının 19-cu turunda “Napoli” doğma meydanda “Verona” ilə 2:2 hesablı heç-heçə edib. İki top fərqi ilə geri düşməsinə baxmayaraq, Neapol təmsilçisi ikinci hissədə göstərdiyi əzmkarlıqla məğlubiyyətdən xilas olub:
Napoli 2 - 2 Verona
M. Frese 16’
Orban 27’ (pen)
Maktominey 54’
G. Di Lorenso 82’
Bu nəticə ilə xalını 37-yə yüksəldən “Napoli” turnir cədvəlində “İnter” və “Milan”dan sonra 3-cü pillədəki mövqeyini qoruyub.
“Napoli” növbəti turda səfərdə “İnter”lə üz-üzə gələcək. “Hellas Verona” isə doğma meydanda “Latsio”nu qəbul edəcək.
© Copyright 2026, All Rights Reserved