“Napoli” “Beşiktaş”ı rədd etdi

“Napoli” Zambo Anqissa ilə müqaviləni uzatdı – “Beşiktaş”ın təklifləri rədd edildi.
90plus.az xəbər verir ki, “Napoli”nin əsas yarımmüdafiəçilərindən biri olan Zambo Anqissa klubda qalacaq. Məlumata görə, Anqissa ilə mövcud müqavilə planlaşdırıldığı kimi 2027-ci ilin iyununa qədər qüvvədə olacaq. Bundan əlavə, klub futbolçunun müqaviləsini əlavə 1 il uzatmaq hüququnu da artıq aktivləşdirib.
Mediada yayılan xəbərlərə görə, “Beşiktaş” 29 yaşlı kamerunlu futbolçu üçün bir neçə dəfə rəsmi təklif göndərsə də, “Napoli” bu təkliflərin heç birini qəbul etməyib.
Beləliklə, Zambo Anqissa yaxın illərdə də Neapol təmsilçisinin heyətində çıxış edəcək və klubun əsas oyunçularından biri olaraq qalacaq.
© Copyright 2025, All Rights Reserved