"Napoli" bu futbolçunu İtaliyaya qaytarır
“Nitsa”nın futbolçusu Jeremi Boqa İtaliya A Seriyasına dönə bilər.
90plus.az xəbər verir ki, “Napoli” Fil Dişi Sahili millisinin üzvünü heyətinə qatmaq istəyir. Bu barədə məlumatı insayder Nikolo Skira yayıb.
İtaliya çempionu 29 yaşlı vingeri satınalma opsiyası ilə icarəyə götürməyi planlaşdırır və klublar arasında danışıqlar hələ davam edir.
Qeyd: “Nitsa” Boqanı 2023-cü ilin yayında “Atalanta”dan 17,5 milyon avroya transfer etmişdi. Təcrübəli futbolçu bu mövsüm Liqa 1-də çıxış edərək 20 rəsmi oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə həyata keçirib.
© Copyright 2026, All Rights Reserved