"Napoli" İtaliya A Seriyasından qapıçı alır

"Torino"nun qapıçısı Vanya Milinkoviç-Saviç A Seriyasında komandasını dəyişməyə hazırlaşır.
90plus.az xəbər verir ki, serbiyalı qolkiperin “Napoli”yə keçidi artıq rəsmiləşmək üzrədir. Bu barədə futbol üzrə insayder Fabritsio Romano məlumat paylaşıb.
İtaliya təmsilçisi 28 yaşlı qapıçı üçün “Torino” klubuna 21 milyon avro təzminat ödəyəcək.
Qeyd: Vanya Milinkoviç-Saviç 2017-ci ilin yayında Polşanın “Legiya” klubundan “Torino”ya transfer olunmuşdu. Serbiya millisinin üzvü ötən mövsüm A Seriyasında 39 rəsmi oyunda forma geyinib.
© Copyright 2025, All Rights Reserved