“Napoli” prezidenti: “Konte etibarlı limandır”
"Napoli" prezidenti Antonio Kontenin istefa xəbərlərini təkzib etdi.
90plus.az xəbər verir ki, “Napoli”nin prezidenti Aurelio De Laurentiis Antonio Kontenin istefa verəcəyi ilə bağlı yayılan məlumatları rədd edib.
De Laurentiis açıqlamasında bildirib:
“Bu, tamamilə uydurma məlumatdır. Konte kimi bir insanın mənim yanımda olmasından və klubumuzda çalışmasından qürur duyuram. O, klubumuzun, futbolçularımızın və azarkeşlərimizin etibar etdiyi limandır.”
Qeyd: 56 yaşlı mütəxəssis “Napoli”də 2024-cü ildən baş məşqçi kimi fəaliyyət göstərir və ötən mövsüm İtaliya A Seriyasının çempionu olub. Hazırda komanda 4-cü yerdə gedir...
© Copyright 2025, All Rights Reserved