"Napoli" "Qarabağ"ın futbolçusuna maraq saldı
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Avropa klublarının maraq dairəsinə düşüb.
90plus.az xəbər verir ki, 25 yaşlı polşalı qolkiper Çempionlar Liqasındakı çıxışından sonra “Borussiya” (Dortmund) və “Benfika” ilə yanaşı, “Napoli”nin də diqqətini çəkib.
Ağdam klubunun qarşıdan gələn qış transfer pəncərəsində Koxalskini saxlayıb-saxlaya bilməyəcəyi isə hələlik bəlli deyil.
Futbolçunun “Qarabağ”la müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir, lakin klub müqaviləni bir il də uzatma hüququna malikdir.
© Copyright 2025, All Rights Reserved