“Napoli” və Lukaku anlaşdılar
”Napoli” belçikalı hücumçu Romelu Lukaku ilə şifahi razılaşıb.
90plus.az xəbər verir ki, "Çelsi" müqaviləsi 2026-cı ilə qədər olan Lukaku üçün 40 milyon avro transfer haqqı tələb edir.
Lukaku Avropa çempionatı öncəsi açıqlamasında "Napoli"nin baş məşqçisi Antonio Konte haqqında tərif dolu sözlər söyləyib. Belçikalı ulduz hücumçu "İnter"də birlikdə çalışdığı Kontenin indiyə qədər birlikdə çalışdığı ən yaxşı məşqçi olduğunu bildirib.
Qeyd: Ötən mövsümü icarə əsasında “Roma”da keçirən Lukaku İtaliya yığmasında 47 matçda 21 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mənbə: Skysports
© Copyright 2026, All Rights Reserved