"Napoli" "Verona"dan hücumçu alır
“Napoli” Covanni Nascimento transferini tamamlayır.
90plus.az xəbər verir ki, İtaliyanın “Hellas Verona” klubunun hücumçusu Covanni Nascimento karyerasını “Napoli”də davam etdirməyə yaxındır. Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
Mənbəyə görə, 22 yaşlı braziliyalı futbolçu Neapol təmsilçisi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq. Sazişdə daha bir mövsüm uzadılma opsiyası da yer alacaq.
Transferin ümumi dəyərinin bonuslar daxil olmaqla 20 milyon avro təşkil edəcəyi bildirilir.
“Hellas Verona” Nascimento ilə ötən yay “Korintians”dan ayrıldıqdan sonra azad agent kimi müqavilə imzalamışdı. Gənc hücumçu bu mövsüm bütün turnirlərdə 23 oyuna 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved