"Napoli"nin futbolçusu: "Qarabağ"a daha çox qol vurmalı idik"
"Napoli"nin futbolçusu Skott Maktominey "Qarabağ"a qarşı keçirdikləri oyun barədə danışıb.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci turunda "Qarabağ" səfərdə "Napoli" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra "Napoli"nin şotland futbolçusu Skot Maktominey maraqlı fikirlər səsləndirib:
"İlk dəqiqələr mənim üçün çətin oldu. Qarşılaşmanın əvvələrində çoxlu səhvlər etdik. İkinci hissədə daha yaxşı oynadıq, amma "Qarabağ"a daha çox qol vurmalı idik. Komandama kömək etmək üçün əlimdən gələni edirəm. Baş məşqçimizin məndən gözləntiləri böyükdür. Kollektivimizi təbrik edirəm. Çempionlar liqasının əsas mərhələsində növbəti qələbəmizi qazandıq. Azarkeşlərimiz, həqiqətən, möhtəşəm idilər".
© Copyright 2025, All Rights Reserved