"Napoli"nin sabiq futbolçusunun oğlu "Kopenhagen"də

Tanınmış futbolçu Marek Hamşikin oğlu Kristian Hamşik futbol karyerasını Danimarkada davam etdirəcək.
90plus.az xəbər verir ki, “Kopenhagen” klubu “Dukla”nın slovakiyalı yarımmüdafiəçisinin transferini rəsmiləşdirib. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
15 yaşlı futbolçunun gələn ilin yanvarında yeni komandasına qoşulacağı bildirilir.
Qeyd: Kristian Hamşik hazırda “Dukla”nın gənclər komandasında çıxış edir və Slovakiyanın U-16 millisinin heyətində oynayır.
Xatırlatma: Marek Hamşik vaxtı ilə "Napoli", "Trabzonspor" kimi klublarda oynayıb.
© Copyright 2025, All Rights Reserved