“Napoli”yə Kevin De Bruynedən pis xəbər gəldi
İtaliya A Seriyasının 8-ci turunda keçirilən “Napoli” – “İnter” qarşılaşmasında meydan sahiblərinə Kevin De Bruynedən pis xəbər gəlib.
90plus.az xəbər verir ki, “Napoli” matçdan 3:1 hesablı qələbə ilə ayrılsa da, komandanın ulduz futbolçusu Kevin De Bruyne penaltı zamanı zədələnib.
Belçikalı futbolçu qarşılaşmanın 33-cü dəqiqəsində qazandıqları penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirsə də, həmin epizodda dizindən zədə alıb.
Klubun rəsmi açıqlamasında bildirilib ki, “İnter”lə oyun zamanı baş verən zədədən sonra Kevin De Bruyne “Pineta Grande” xəstəxanasında müayinədən keçib. Müayinə nəticəsində onun sağ bud əzələsində — femoral pazı nahiyəsində yüksək dərəcəli yırtıq (lezyon) aşkar olunub.
“Napoli” həmçinin açıqlayıb ki, futbolçunun müalicəsinə artıq başlanılıb və bərpa prosesi bir aydan çox davam edə bilər.
© Copyright 2025, All Rights Reserved