NBA-də dramatik sonluq: “Finiks Sans” “Oklahoma Siti Tander”i məğlub etdi
Amerika Basketbol Liqasında (NBA) “Finiks Sans” doğma meydanında son çempion “Oklahoma Siti Tander”i 108–105 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, “Mortgage Maçap Senter”də baş tutan qarşılaşmada oyunun taleyini son anlar həll edib. Matçın bitməsinə cəmi 0,7 saniyə qalmış Devin Buker Aleks Karuzonun üzərindən dəqiq üçxallıq atış edərək komandasına qələbə qazandırıb. Bu nəticə ilə “Finiks Sans” mövsümdə 21-ci qələbəsini əldə edib.
Ev sahibi komandanın heyətində Cordan Qudvin 26 xalla matçın ən məhsuldar oyunçusu olub. Devin Buker 24 xal və 9 məhsuldar ötürmə, Dilon Bruks isə 22 xalla yadda qalıb.
Qonaq komanda “Oklahoma Siti Tander” üçün isə bu məğlubiyyət 4 oyunluq qələbə seriyasının sonu olub. Komandanın lideri Şay Gildjus-Aleksander 25 xal və 6 assist, Ceylen Uilyams isə 23 xal və 7 assistlə çıxış edib.
© Copyright 2026, All Rights Reserved