NBA-də "San Antonio Spörz"dən darmadağın – "Filadelfiya 76ers" ağır məğlub oldu
NBA-də müntəzəm mövsümün həyəcanı 10 oyunla davam edib. Gecənin ən diqqətçəkən qarşılaşmalarından birində "San Antonio Spörz" səfərdə "Filadelfiya 76ers"i 131:91 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, "Xfinity Mobile Arena"da keçirilən görüşdə qonaqlar üstün oyun nümayiş etdirərək mövsümdə 44-cü qələbəsini qazanıblar. Son 13 oyunda 12-ci qalibiyyətini əldə edən "San Antonio Spörz"də Devin Vassell və Dylan Harper hərəyə 22 xal toplayıb. Viktor Vembanyama isə 10 xal və 8 ribaundla yadda qalıb.
Mövsümdə 28-ci məğlubiyyətini alan "Filadelfiya 76ers"də türkiyəli basketbolçu Adem Bona 6 xal, 6 ribaund və 2 assistlə çıxış edib. Komandada Tayriz Meksi 21 xal, Cabari Uoker isə 20 xalla oyunu başa vurub.
Digər maraqlı görüşdə "Los Anceles Leykers" doğma meydanda "Nyu Orlean Pelikans"ı 110:101 hesabı ilə məğlub edib. Ardıcıl 3-cü, ümumilikdə isə 37-ci qələbəsini qazanan Los-Anceles təmsilçisində Luka Donçiç 27 xal və 10 ribaundla dabl-dabl edib. LeBron Ceyms isə 21 xal və 7 assistlə komandaya töhfə verib.
Mövsümdə 44-cü dəfə uduzan "Nyu Orlean Pelikans"da Zion Uilyamson 24 xal, Trey Mörfi isə 21 xal toplayıb.
"Orlando Mecik" – "Vaşinqton Uizards" 126:109
"Şarlott Hornets" – "Dallas Maveriks" 117:90
"Klivlend Kavalyers" – "Detroit Pistons" 113:109
"Mayami Hit" – "Bruklin Nets" 124:98
"Toronto Raptors" – "Nyu York Niks" 95:111
"Minnesota Timbervolvs" – "Memfis Qrizlis" 117:110
"Çikaqo Bulls" – "Oklaxoma Siti Tander" 108:116
"Sakramento Kinqs" – "Finiks Sans" 103:114
© Copyright 2026, All Rights Reserved