NBA-də son çempiondan 5-də 5
90plus.az xəbər verir ki, NBA-də 2025/26 mövsümünə bu gecə oynanan qarşılaşmalarla davam edildi. Son çempion “Oklahoma Siti Tandır” “Sakramento Kinqs” üzərində 107–101 hesablı qələbə qazanaraq mövsümdəki beşinci oyunundan da qalib ayrıldı.
Türkiyəli basketbolçu Adem Bonanın çıxış etdiyi “Filadelfiya 76's" isə “Vaşinqton Vizards” komandasını səfərdə 139–134 hesabı ilə məğlub edərək qalibiyyət seriyasını 4 oyuna çatdırdı. Görüş uzatma ilə yekunlaşıb.
“Filadelfiya 76's”ın aparıcı oyunçusu Tayris Meksi 39 xal və 10 assistlə qələbənin əsas memarı olub. Adem Bona isə 2 xal, 5 ribaund və 5 blokla yadda qalıb. Türkiyəli oyunçu xüsusilə matçın son hissəsində müdafiədə göstərdiyi performansla fərqlənib — o, dördüncü periodda 4, uzatmada isə 1 rəqib atışını bloklayıb.
Ev sahibi “Vaşinqton Vizards” ilk üç hissədə 110 xal toplasa da, dördüncü periodda cəmi 16 xal qazana bilib. Komandanın liderlərindən Aleks Sarr 31 xal ilə oynayıb.
“Oklahoma Siti Tandır” evdə “Sakramento Kinqs” üzərində 107–101 hesabı ilə qalib gələrək mövsümdə məğlubiyyətsiz irəliləyir. Komandanın ulduz oyunçusu Şey Gilcəs-Aleksandr 31 xalla görüşün ən məhsuldar oyunçusu olub.
“Sakramento Kinqs”də Zek Levin 23, DəMar Derozan 19, Domantas Sabonis isə 10 xal və 18 ribaundla çıxış edib.
“Mayami Hit” – “Şarlott Hornets”: 144–117
“Milvoki Baks” – “Nyu-York Niks”: 121–111
“Qolden Steyt Uorriors” – “Los-Anceles Klippers”: 98–79
© Copyright 2025, All Rights Reserved