NBA-də son çempionu dayandıran tapılmır - 14-də 14...
“Oklahoma Siti Tander” “Dallas Maveriks”i məğlub edərək seriyasını davam etdirdi.
90plus.az xəbər verir ki, NBA-in son çempionu “Oklahoma Siti Tander” evdə keçirilən qarşılaşmada “Dallas Maveriks” üzərində 132–111 hesablı qələbə qazanaraq ardıcıl 14-cü dəfə meydandan qalib ayrılıb.
“Paycom Center”də baş tutan oyunda Şay Gilyus-Aleksandr 33 xal ilə komandasının əsas aparıcı gücü olub. “Oklahoma Siti Tander”də Çet Holmgren və Ceylen Uilyams hərəyə 15 xal əldə ediblər.
Qonaq komanda “Dallas Maveriks”də ən məhsuldar basketbolçu 23 xalla Ceyden Hardi olub. Liqadakı debüt mövsümünü yaşayan Kuper Flaqq isə 16 xalla oyunu başa vurub.
“Hyuston Rokets” öz meydanında “Finiks Sans” komandasını 117–98 hesabı ilə məğlub edib.
“Hyuston Rokets”də 28 xal toplayan Kevin Durant NBA tarixində 31 min xal həddini keçən səkkizinci basketbolçu olub. Amen Tompson 31, Cabari Smit isə 16 xal ilə qalibiyyətə töhfə veriblər.
“Finiks Sans” komandasında Dillon Bruks 23, Camari Buyiya isə 18 xalla yadda qalıb.
© Copyright 2025, All Rights Reserved