NBA finalında hesab bərabərləşdi

"Oklahama Siti Tandır" evdə "İndiana Peysers" üzərində 123–107 hesablı qələbə qazanaraq seriyada vəziyyəti 1–1 etdi.
90plus.az xəbər verir ki, "Paycom Center"də keçirilən seriyanın ikinci oyununa üstün başlayan "Tandır" ilk hissədə əldə etdiyi hesab fərqini qorumağı bacardı və matçdan 16 xal fərqi ilə qalib ayrıldı.
Meydan sahiblərində Şey Gilyus-Aleksandr 34 xal, 5 ribaund, 8 assist və 4 top oğurlama ilə seçildi. Aleks Karuso 20 xal, 3 ribaund, Ceylen Uilyams isə 19 xal, 5 ribaund və 5 assistlə komandalarına əhəmiyyətli töhfə verdilər.
Seriyanın ilk oyununda 38 xal toplayan Gilyus-Aleksandr iki görüşdə ümumilikdə 72 xalla NBA final tarixində ilk iki matçda ən çox xal toplayan basketbolçu oldu.
Qonaq komanda "İndiana Peysers"də Tayris Halibörton 17 xal, 3 ribaund, 6 assist, Mayls Törner 16 xal, 4 ribaund, 4 assist, Paskal Siakam isə 15 xal, 7 ribaund və 4 assistlə yadda qaldılar.
Dörd qələbəyə çatan komandanın çempion olacağı seriyanın üçüncü oyunu 12 iyun, cümə axşamı günü Bakı vaxtı ilə saat 03:30-da "Peysers"in meydanında keçiriləcək.
© Copyright 2025, All Rights Reserved