NBA əfsanəsi karyerasını başa vurur
NBA-in yaxın tarixində iz buraxan Kris Pol (CP3) ayrılıq qərarını açıqlayıb. 40 yaşlı təcrübəli "point guard" bu mövsüm son sezonunu keçirir.
90plus.az xəbər verir ki, Hazırda “Los Anceles Klippers”də çıxış edən Pol karyerasını möhtəşəm şəkildə yekunlaşdırmağa hazırlaşır.
ABŞ-lı oyunçu X (keçmiş Twitter) hesabından karyerasının ən əhəmiyyətli anlarını əks etdirən bir video paylaşaraq, “Bu son mövsüm üçün minnətdaram” ifadəsini istifadə edib.
12 dəfə All-Star və Olimpiya qızıl medalçısı
Karyerası ərzində 12 dəfə "All-Star" seçilən Kris Pol 2008 Pekin və 2012 London Olimpiya Oyunlarında ABŞ yığması ilə qızıl medal qazanıb.
20 illik NBA karyerası boyunca Pol yalnız “Los Anceles Klippers”də deyil, həm də “Nyu Orleans Pelikans”, “Hyuston Rockets”, “Oklahoma Siti Tandır”, “Feniks Sanz”, “Qolden Steyt Voriors” və “San Antonio Spurs” komandalarının formalarını geyinib.
Bu xəbər basketbol dünyasında böyük rezonans doğurub və CP3-in NBA tarixindəki yeri bir daha təsdiqlənib.
© Copyright 2025, All Rights Reserved