NBA: “Oklahoma Siti Tander” “Atlanta Hoks”u məğlub etdi
Amerika Basketbol Liqasında (NBA) “Oklahoma Siti Tander” doğma meydanda qəbul etdiyi “Atlanta Hoks”u 140:129 hesabı ilə məğlub edib. Görüşün ən məhsuldar basketbolçusu “Tander”in lideri Şay Gildcəs-Aleksandr olub.
90plus.az xəbər verir ki, kanadalı ulduz komandasını qələbəyə daşıyaraq 39 xal, 6 ribaund, 6 ötürmə və 2 top oğurluğu ilə yadda qalıb. “Atlanta Hoks”un heyətində isə Nikeyl Aleksandr-Uoker 30 xal, Onyeka Okonqvu isə 26 xal toplayıb.
Bu mövsüm keçirdiyi 33 oyunda 28-ci qələbəsini qazanan Qərb Konfransının lideri “Oklaxoma Siti Tander” hazırda NBA-də ən çox qələbə qazanan komanda statusunu daşıyır.
Günün digər oyununda “Hyuston Rokets” öz meydanında “İndiana Peysers”i 126:119 hesabı ilə məğlub edib və ardıcıl 3-cü qələbəsini qazanıb.
Zədə səbəbindən milli basketbolçu Alperen Şengünün yoxluğunda “Rokets”in əsas yükünü Kevin Dürant çəkib. Ulduz oyunçu matçı 30 xal, 6 ribaund və 5 asistlə başa vurub.
“İndiana Peysers”in heyətində Paskal Siakamın 23 xalı isə məğlubiyyətin qarşısını almağa kifayət etməyib.
© Copyright 2026, All Rights Reserved