"Neftçi" Azərbaycan Kubokunun yarımfinalında
Azərbaycan Kubokunda sonuncu yarımfinalçı “Neftçi” komandası oldu.
90plus.az xəbər verir ki, bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində Bakının "Neftçi" komandası Gəncənin "Kəpəz"ini qəbul edib. İlk oyunda 2-0 hesablı qələbənin ardından "ağ qaralar" bu gün də rəqibini dizə gətirdi. Oyunda bir nəfər azlıqda oynamasına baxmayaraq "Neftçi" minimal hesablı qələbə qazandı.
Neftçi 1 - 0 Kəpəz
(Ümumi hesab: 3-0)
Sambou B. 27’
Matçda vurulan qolun videosu:
Qeyd: "Neftçi" yarımfinalda "Sabah"la qarşılaşacaq. Kubokun digər yarımfinalında isə "Qarabağ" "Araz"ı sınağa çəkəcək.
Bütün yarımfinal cütlükləri:
Neftçi (Bakı) - Sabah (Bakı)
Araz (Naxçıvan) - Qarabağ (Ağdam)
© Copyright 2025, All Rights Reserved