"Neftçi" Misir klubuna uduzmadı - YOLDAŞLIQ GÖRÜŞÜ
“Neftçi” Əbu-Dabidə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib.
90pus.az xəbər verir ki, “ağ-qaralar” bu gün Misirin “Piramids” komandası ilə qarşılaşıb.
“Məhəmməd bin Zayed” stadionunda baş tutan oyun 1:1 hesablı bərabərliklə başa çatıb. “Neftçi”nin qolunu qarşılaşmanın 87-ci dəqiqəsində Murad Məmmədov qeydə alıb.
Hazırda “Piramids” Misir Premyer Liqasında 12 oyundan sonra 27 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alır. “Neftçi” isə 16 turdan sonra 20 xalla 8-ci mövqedə qərarlaşıb.
Qeyd: İlk yoxlama matçında Qazaxıstanın “Kayrat” klubunu 3:0 hesabı ilə məğlub edən “Neftçi” yanvarın 16-da son sınaq görüşündə Çinin “Çenqdu Ronqçenq” komandası ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved