"Neftçi" Moskva klubu ilə müqavilə imzaladı
"Neftçi" futbol klubu Rusiyanın "Lokomotiv" klubunun akademiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
90plus.az xəbər verir ki, məlumatı “Lokomotiv”in rəsmi mətbuat xidməti yayıb.
Memoranduma əsasən, tərəflər gənc futbolçuların hazırlanması sahəsində təcrübə mübadiləsi aparacaq və həm Azərbaycanda, həm də Rusiyada turnirlər təşkil edəcəklər.
Müqavilə çərçivəsində təhsil proqramları, məşqçilik təcrübələrinin paylaşılması və digər əməkdaşlıq sahələri də nəzərdə tutulub.
© Copyright 2025, All Rights Reserved