“Neftçi” – “Qarabağ” təxirə salındı
Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasında keçirilməsi planlaşdırılan mərkəzi qarşılaşma ilə bağlı rəsmi açıqlama yayıb.
90plus.az xəbər verir ki, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciəti və “Neftçi”nin bununla bağlı razılıq məktubu nəzərə alınaraq Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilməli olan “Neftçi” – “Qarabağ” matçı təxirə salınıb.
Azərbaycan derbisinin fevralın 21-də baş tutması planlaşdırılırdı.
Qarşılaşmanın yeni tarixi ilə bağlı qərarın yaxın günlərdə ictimaiyyətə əlavə olaraq açıqlanacağı bildirilib.
© Copyright 2026, All Rights Reserved