"Neftçi" - "Sabah" oyununda 5500 manatlıq cərimə
 
                             
                         
                             
                                AFFA İntizam Komitəsi bu gün iclas təşkil edib.
90plus.az xəbər verir ki, toplantıda aprelin 2-də baş tutan Azərbaycan kubokunun yarımfinal görüşləri ilə bağlı qərarlar qəbul edilib.
Qərara əsasən, “Neftçi” – “Sabah” qarşılaşmasının 90+3-cü dəqiqəsində “Sabah”ın məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb və 3 oyun şərti olmaqla ümumilikdə 5 oyunluq cəza verilib. Klub isə 4000 manat məbləğində cərimələnib. Sınaq müddəti 3 ay müəyyən edilib.
Həmin matçda ev sahibi komandanın azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Neftçi” klubuna 1500 manat cərimə kəsilib.
Bundan əlavə, “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat məbləğində cərimələnib.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved