"Neftçi" yeni transferini açıqladı

“Neftçi” yeni transferini elan edib.
90plus.az xəbər verir ki, “ağ-qaralar” nigeriyalı yarımmüdafiəçi İfeanyi Metyu ilə razılığa gəlib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb və o, komandada 18 nömrəli formanı daşıyacaq.
Metyunun son klubu İsveçrənin “Sürix” komandası olub. O, həmçinin Norveç və Türkiyə çempionatlarında çıxış edib. Futbolçu Norveç kubokunun və U-20 Afrika Millətlər Kubokunun qalibi tituluna sahibdir.
© Copyright 2025, All Rights Reserved