"Neftçi"dən azarkeşlərə jest - ENDİRİM VAR
Misli Premyer Liqasının 23-cü turu çərçivəsində martın 9-u saat 20:30-da Palms Sports Arenada keçiriləcək "Neftçi PFK" – "Turan Tovuz PFK" matçının biletləri satışa çıxarılıb.
90plus.az xəbər verir ki, oyun biletlərinin qiymətində endirim edilib:
VIP Silver – 3 AZN
VIP Gold – 5 AZN
Digər bütün sektorlar – 1 AZN
Biletləri “Neftçi”nin mobil tətbiqi və rəsmi saytı (bilet.neftchi.az) vasitəsilə onlayn almaq mümkündür.
Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
© Copyright 2026, All Rights Reserved