"Neftçi"nin futbolçusuna Avropadan maraq var
“Neftçi”nin futbolçusu Murad Məmmədov karyerasını Kiprdə davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Aris” 19 yaşlı vingeri heyətinə qatmaq istəyir. Bu barədə “Sport-fm.com.cy” saytı məlumat yayıb.
Muradın “Neftçi” ilə müqaviləsi 30 iyunda başa çatır və bu amil onu Limassol klubuna transfer üçün xüsusilə cazibədar edir.
Xəbərdə bildirilib ki, “Aris” bir neçə aydır futbolçunun durumunu yaxından izləyir. Məmmədov kimi xüsusiyyətlərə malik oyunçunun komandaya əlavə hücum variantı təqdim etməklə yanaşı, gələcəkdə sərmayə kimi də dəyərləndirilə biləcəyi qeyd olunub.
Murad Məmmədov “Neftçi”nin yetirməsidir. U-21 millimizin üzvü bu mövsüm “ağ-qaralar”ın heyətində 13 rəsmi oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved