"Neftçi"nin qapıçısına Türkiyə və Avropadan təklif var
“Neftçi”nin qapıçısı Kenan Piriç qış transfer pəncərəsində komandadan ayrılmağa yaxın ola bilər.
90plus.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvünə Türkiyə və Polşa klubları maraq göstərir. Bu məlumat jurnalist Rudi Qalettinin açıqlamasında yer alıb.
Polşanın “Vidzev” klubu Piriçlə maraqlanan kollektivlərdən biridir. Lodz təmsilçisi qapı mövqeyini gücləndirməyi planlaşdırır və 31 yaşlı qapıçını uzunmüddətli, etibarlı seçim kimi dəyərləndirir.
Türkiyədən də iki klub “Neftçi”nin futbolçusunu heyətinə qatmaq niyyətindədir. Bunlar “Qaziantep” və Piriçin daha əvvəl formasını geyindiyi “Antalyaspor”dur.
Xəbərdə bildirilir ki, Piriçin “Neftçi” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər davam etsə də, təxminən 300 min avro civarında təklif olacağı halda Bakı təmsilçisi danışıqlara başlamağa hazırdır.
Qeyd: Kenan Piriç mövsümün əvvəlindən “Neftçi”nin formasını geyinir. Təcrübəli qolkiper “ağ-qaralar”ın heyətində iştirak etdiyi 17 rəsmi oyunda 18 qol buraxıb və 6 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
© Copyright 2026, All Rights Reserved