Neymar azarkeşlərlə tutaşıb

Neymar “Santos” – “Internacional” matçında azarkeşlərlə mübahisə yaşayıb.
90plus.az xəbər verir ki, Braziliya A Seriyasının son turunda baş tutan “Santos” – “Internacional” matçında (1:2) Neymar yenidən diqqət mərkəzinə düşüb. O, qarşılaşmanın ikinci hissəsində vurduğu qolu coşqu ilə qeyd etsə də, baş hakim topun qapı xəttini keçmədiyini əsas gətirərək qolu qeydə almayıb.
Bu epizoddan sonra Neymarla tribunadakı azarkeşlər arasında söz mübahisəsi yaşanıb. Təcrübəli futbolçu matç başa çatdıqdan sonra da emosiyalarına hakim ola bilməyib və azarkeşlərin olduğu tribunaya yaxınlaşaraq sərt cavab verib.
VİDEO: https://t.me/doxsanplus/105494
Hadisə Braziliya mediasında geniş müzakirə olunur. “Globo Esporte”nin məlumatına görə, Neymar qarşı tərəfdən ailəsinə ünvanlanan təhqirlərə görə reaksiya verib. O, oyundan sonra sosial şəbəkədə yayımladığı açıqlamada hisslərinin təhqirlər qarşısında susmağa imkan vermədiyini bildirib.
“Santos” son turda növbəti məğlubiyyətini alaraq turnir cədvəlində vəziyyətini çətinləşdirib.
Klub hazırda A Seriyasında düşmə xəttinə yaxın mövqedə qərarlaşıb. Neymar isə bu gərgin dönəmdə komandaya kömək etməyə çalışsa da, emosional davranışları ilə gündəmdən düşmür.
© Copyright 2025, All Rights Reserved