Neymar: "Bəzən oynamaq istəmirəm"

"Əl Hilal"ın hücumçusu Neymar ötən il aldığı ağır zədədən danışıb.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu artıq oynamaq istəmədiyini etiraf edib:
"Bəzən oynamaqdan imtina etmək istəyirdim. Etiraf edim ki, bu zədə karyerama çox ciddi zərbə vurdu. Uzun müddət kənarda qalmaq çətindir və ancaq ağrı hiss edirsən. Yanımda dostlarım və ailəm, eləcə də məni hər gün motivasiya edən uşaqlar olduğu üçün çox minnətdaram”.
© Copyright 2025, All Rights Reserved