Neymar İtaliya A Seriyasına doğru

"Santos"un hücum xəttində çıxış edən Neymar futbol karyerasını İtaliyada davam etdirməyə yaxın ola bilər.
90plus.az xəbər verir ki, bu barədə futbol üzrə tanınmış insayder Fabritsio Romano məlumat verib.
33 yaşlı hücumçu ilə "İnter" və "Napoli" klublarının ciddi şəkildə maraqlandığı bildirilir.
Məlumata əsasən, Neymar özü də A Seriyası komandalarından birinə transfer olunmağa müsbət yanaşır. O, hazırkı klubu ilə müqaviləsi 31 dekabrda başa çatdıqdan sonra qış transfer dövründə Avropaya dönüşü planlaşdırır.
© Copyright 2025, All Rights Reserved