Neymar İtaliya A Seriyasına keçə bilər
Braziliya ulduzu Neymarın karyerasını İtaliyada davam etdirmək ehtimalı yaranıb.
90plus.az xəbər verir ki, A Seriyası nəhəngi “İnter” 33 yaşlı hücumçunun transferində maraqlıdır. Milan klubu hazırda futbolçunun nümayəndələri ilə danışıqlar aparır.
Neymarın hazırkı komandası “Santos”la müqaviləsinin müddəti 2025-ci il dekabrın 31-də başa çatacaq. Mənbənin məlumatına görə, futbolçu özü də Avropaya geri dönmək arzusundadır.
© Copyright 2025, All Rights Reserved