Neymar klub əməkdaşlarına qonaqlıq verib

Neymardan “Santos” əməkdaşlarına jest – ulduz futbolçu nahar süfrəsi təşkil etdi.
90plus.az xəbər verir ki, braziliyalı ulduz Neymar doğma klubu “Santos”la bağlı jesti ilə gündəmə gəlib. Futbolçu bu gün klubun bəzi əməkdaşlarını nahara dəvət edib və bütün xərcləri şəxsən özü qarşılayıb.
Təlim-məşq bazasında çalışan bir neçə şəxs Neymarın nahar dəvətinə qatılıb. Onların arasında təmizlik işçiləri Dona Celia və Dona Gil, podoloq Decio, tibbi departamentin katibəsi Andréia və fizioterapevt Luiz Rosan da olub.
Hadisə barədə məlumatı TNT Sports yayıb.
Ulduz futbolçunun bu jesti “Santos” azarkeşləri və klub əməkdaşları tərəfindən böyük rəğbətlə qarşılanıb. Neymarın kluba olan bağlılığı və sadə insanlarla münasibəti bir daha diqqət çəkib.
© Copyright 2025, All Rights Reserved