"Əl-Hilal"ın baş məşqçisi Xorxe Xesus Asiya Çempionlar Liqası matçında yenidən zədələnən Neymar barədə daışıb.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı vinger ilə bağlı çətinliyin daha bir müddət davam edəcəyini bildirib:
"Tibbi baxımdan onun dizi sağalıb, lakin uzun müddət oynamadığı üçün indi bu matçdakı kimi problemlər yaşamağa davam edəcək".
Asiya Çempionlar Liqasının “İstiqlal”la oyununda (3:0) futbolçu 58-ci dəqiqədə meydana daxil olub və 87-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. Keçən ilin oktyabrında Neymarın dizinin çarpaz bağ yırtılmışdı. Bu zədəyə görə o, 1 ildən çox meydandan kənarda qalıb.
© Copyright 2024, All Rights Reserved